Ərəbistan İstanbuldakı konsulluğunu satıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i348799-Ərəbistan_İstanbuldakı_konsulluğunu_satıb
Türkiyə mediaları dünən bildiriblər ki, ərəbistan gizli şəkildə İstanbuldakı konsulluğunu satıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 18, 2019 03:04 Asia/Baku
  • Ərəbistan İstanbuldakı konsulluğunu satıb

Türkiyə mediaları dünən bildiriblər ki, ərəbistan gizli şəkildə İstanbuldakı konsulluğunu satıb.

Türkiyə mediaları qeyd ediblər ki, ərəbistan bu addımı səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçının qətli işi prosesinə xələlin gətirilməsi istiqamətində və bir texniki qrupun tövsiyəsi ilə atıbdır.

Türkiyə medialarının məlumatlarına görə, ərəbistan öz konsulluğunu İstanbulun “Sarıyer” məntəqəsinə, Amerika konsulluğunun yaxınlığına köçürübdür.

Ərriyadın İstanbuldakı konsulluğunun məkanını dəyişdirmək üzrə addımı elə bir halda atılıbdır ki, Türkiyə prokurorluğu Camal Qaşıqçının qətlinin birinci ildönümü ərəfəsində ittihamlar siyahısını yaymağa hazırlaşır.

Səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçı 2018-ci il oktyabrın ikisində ərəbistanın İstanbulda yerləşən konsulluğunda Ərriyaddan göndərilmiş məmurlar tərəfindən faciəli şəkildə qətlə yetirildi.

Qaşıqçı səud rejiminin təqibi altında və həbsdə olan şəxslərin siyahısında yerləşirdi. O, həbs olunmaq qorxusundan ərəbistandan xaricdə yaşayırdı.