Əfqanıstanda prezident seçkiləri başa çatıb
-
Əfqanıstanda prezident seçkiləri başa çatıb
Əfqanıstan müstəqil seçki komissiyası bu ölkənin prezident seçkilərinin başa çatdığını bildirib.
Əfqanıstan müstəqil seçki komissiyası sonra bildirib ki, bu ölkənin prezident seçkilərində səsvermə prosesi bu gün yerli vaxtla saat 17-də başa çatıb və seçki dairələri və seçki məntəqələrində səslərin sayılışı başlanıbdır.
Qərar üzrə seçki prosesi bu gün saat 15-də başa çatmalı idi, amma Əfqanıstan seçki komissiyası onu iki saat uzadıbdır.
Belə bir halda, Əfqanıstanın gələcək prezidentinin seçilməsi üzrə səsvermə ilə bir zamanda bu ölkənin müxtəlif vilayətlərində seçki məntəqələrinə qarşı terror partlayışları və mərmi hücumları nəticəsində üç nəfər ölüb, onlarla nəfər də yaralanıbdır.
Hələ heç bir şəxs və ya qrup bu partlayış və hücumların məsuliyyətini qəbul etməyib, amma bundan öncə Taliban qrupu seçki mərkəzlərinə hücumla hədələmişdi.