Yəmənli rəsmi deyib ki, səud koalisiyası Nəcrandakı qüvvələrinin cəsədlərinin yığışdırılmasına mane olur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i349527-yəmənli_rəsmi_deyib_ki_səud_koalisiyası_nəcrandakı_qüvvələrinin_cəsədlərinin_yığışdırılmasına_mane_olur
Yəməndə əsirlərin işləri komitəsinin sədri bildirib ki, səud koalisiyası son zamanlar Nəcran istiqamətində öldürülmüş qüvvələrinin cəsədlərini yığışdırmağı əngəlləyir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 29, 2019 05:46 Asia/Baku
  • Yəmənli rəsmi deyib ki, səud koalisiyası Nəcrandakı qüvvələrinin cəsədlərinin yığışdırılmasına mane olur

Yəməndə əsirlərin işləri komitəsinin sədri bildirib ki, səud koalisiyası son zamanlar Nəcran istiqamətində öldürülmüş qüvvələrinin cəsədlərini yığışdırmağı əngəlləyir.

Yəməndə əsirlərin işləri komitəsinin sədri Əbdulqadir əl-Murtəza deyib: “Nəsr Min Əllah” əməliyyatında öldürülmüş səud koalisiyasının tabeliyində olan ünsürlərdən yüzlərlə nəfərin cəsədi Nəcran istiqamətindəki qayalar və dərələrdə tökülüb qalıb və təcavüzkarlar Beynəlxalq Qızıl Xaç Komitəsinə bu cəsədləri yığışdırmaq icazəsi vermirlər.

Yəmən dünən səud koalisiyası qüvvələrinə qarşı “Nəsr Min Əllah” adlı böyük əməliyyatın keçirilməsindən və onlardan minlərlə nəfərin ölməsi və yaralanmasından xəbər verdi.

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri dünən yəmənli qüvvələrin cənub-qərb bölgəsindəki böyük hərbi əməliyyatından xəbər verərək, təcavüzkar səud koalisiyasının üç hərbi diviziyasının tam şəkildə məhv edilidiyini bildirib.

Səri əlavə edib: Yəmənli qüvvələrin Nəcrandakı əməliyyatı davam edir və yaxın gələcəkdə onun barəsində daha artıq detallar təqdim olunacaqdır.