Sen 29, 2019 19:15 Asia/Baku
  • Ciddə dəmiryolu stansiyasında güclü yanğın

İnformasiya mənbələri ərəbistanın Ciddə dəmiryolu stansiyasında geniş yanğının baş verməsindən xəbər veriblər.

Ciddənin əl-Hərəməyn dəmiryolu stansiyasında geniş yanğın baş verib və hələ onun səbəbi elan olunmayıbdır.

Ərəbistanda çıxan Səbəq qəzeti qatarların hərəkətinin dayanmasından xəbər verib. Bildirib ki, yanğının alovu göylərə qalxır və insanlar stansiya salonlarının içərisindən çıxıblar.

Səudiyyə kanalı olan Ələrəbiyyə də bildiribdir ki, dəmiryolu vağzalının tavan hissəsində yanğın baş verib və indiyədək heç bir tələfat və ya yaralı olmayıbdır.

Teqlər