Sen 30, 2019 08:28 Asia/Baku
  • Ənsarullah: Ərəbistan öz hərbçilərindən insan qalxanı kimi istifadə edir

Yəmən rəsmiləri “Nəsri Min Əllah” əməliyyatını ərəbistanın süqutunun kulminasiya nöqtəsi hesab edirlər ki, onun üçün bir bir çox nəticələri olacaq.

Yəmən Ənsarullahının sözçüsü Muhəmməd Əbdussəlam Nəcran cəbhəsində “Nəsri Min Əllah” əməliyyatına, ali-səudun tabeliyində olan muzdurlar və hərbçilərdən böyük bir qrupunun öldürülməsi və əsir alınmasına, həmçinin əsirlərin səud qırıcıları tərəfindən hədəfə alınmasına işarə edərək, deyib ki, səud komandanları müharibədə öz hərbçilərindən insan qalxanı kimi istifadə edirlər.

Yəmənin informasiya naziri Zeyfullah əl-Şami də bildiribdir ki, Yəmən silahlı qüvvələrinin sözçüsü tərəfindən “Nəsri Min Əllah” əməliyyatı barədə nümayiş etdirilən səhnə, bu əməliyyatdan kiçik bir nümunədir.

O, həmçinin deyib: Bu əməliyyat yüzə yaxın kamera ilə qeydə alınıbdır ki, gələcəkdə əməliyyatla bağlı yeni səhnələr yayılacaqdır.

Yəmənin informasiya nazirinin müavini Husəyn Basəlim də Nəcran əməliyyatının ərəbistan iqtisadiyyatına təsir göstərdiyini bildirərək, vurğulayıb ki, ərəbistan Nəcranda baş verənlərdən qorxur.

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Əlsərii iri “Nəsri Min Əllah” əməliyyatından xəbər verib. Deyib ki, bu əməliyyatda düşmən qüvvələrindən minlərlə nəfər təslim olub və yüzlərlə nəfər, o cümlədən səud ordusunun komandanları, zabitləri və qüvvələrindən bir qrupu əsir alınıbdır.

 

Teqlər