Ərəbistan Hindistandan benzin almalı oldu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i349949-Ərəbistan_hindistandan_benzin_almalı_oldu
Ərəbistanın Aramko şirkəti Yəmənin pilotsuz təyyarələrinin bu şirkətin neft obyektlərinə zərbələr endirmələrindən sonra Hindistandan benzin alışını artırıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 05, 2019 16:55 Asia/Baku
  • Ərəbistan Hindistandan benzin almalı oldu
    Ərəbistan Hindistandan benzin almalı oldu

Ərəbistanın Aramko şirkəti Yəmənin pilotsuz təyyarələrinin bu şirkətin neft obyektlərinə zərbələr endirmələrindən sonra Hindistandan benzin alışını artırıbdır.

"Ekonomik Tayms" məlumatlı mənbələrə istinadla xəbər veribdir ki, bu şirkət Hindistanın "Relayns" sənayesindən otuz min ton benzin almağa üz tutubdur ki, nəqliyyat sistemi üçün ehtimal olunan hər cür yanacaq qıtlığı ilə mübarizə aparmış olsun.

Aramko-nun yüngül neft emal edən iki mühüm obyekti yəmənlilərin PUA hücumlarında ziyan çəkibdir.

Yəmənin ordusu və xalq komitələri səudiyyə rejiminin hücumlarına və Yəmənin mühasirəsinə cavab olaraq, sentyabrın 14-də ərəbistanın şərqində yerləşən Aramko şirkətinin Bəqiq və Xəris neft emalı zavodlarını PUA hücumları hədəfinə çevirdilər.

Bu hücumlar nəticəsində Səudiyyə Ərəbistanının neft ixracatı müvəqqəti olaraq pozulub, dünya bazarında neftin qiyməti artıb və səudiyyə birjasında məzənnə 2% -dən çox tənəzzül edibdir.