Livanda anti-hökumət aksiyası
Livanın müxtəlif bölgələri, xüsusən paytaxt Beyrut dünən axşam bu ölkənin bir qrup vətəndaşının anti-hökumət aksiyasının şahidi olublar.
Livan vətəndaşları aksiya və toplantılarda yerli hökumətin zəif fəaliyyətini tənqid edərək, qarışıq iqtisadi və məişət vəziyyətinin yaxşılaşdırılmasını istəyiblər.
Bir qrup etirazçı gənc də Beyrut beynəlxalq hava limanı istiqamətində maşın şinlərini yandıraraq, bu yolu bağlayıbdır.
Deyilənlərə görə, Livanın təhsil naziri Əkrəm Şəhibi müşayiət edənlərin Beyrut küçələrindən birində etirazçıları dağıtmaq üçün havaya atəş açmaları aksiyaçıların hiddətinə və bölgədə etirazların şiddətlənməsinə səbəb olub.
Məlumatlara əsasən, bəzi bölgələrdə xüsusi təyinatlı qüvvələr küçələrdə yerləşiblər. Beyrutun Rəfiq Həriri adına beynəlxalq hava limanının şəhərin mərkəzinə dogru çıxan yolu iki tərəfdən bağlanıbdır. Amma polisin etirazçılarla toqquşmasının ehtimal üzrə törətdiyi tələfat barədə bir məlumat yayılmayıbdır.
Beyrut və Livanın bir neçə digər şəhəri, o sıradan şimalda Tripoli, cənubda isə Sayda da iki həftə bundan öncə də anti-hökumət aksiyalarının şahidi olublar.