Okt 19, 2019 17:35 Asia/Baku
  • Düşmənlər milyonluq Ərbəin yürüşünü görməklə nigaran olurlar

Livan Hizbullahının baş katibi vurğulayıb: İnsanların Kərbəladakı milyonluq iştirakı tarixdə misilsizdir. Amerika, sionistlər, həmçinin dünya imperialistləri və zalımları milyonluq Ərbəin yürüşünü müşahidə etməklə nigarançılıq hissi keçirirlər.

Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullah bu gün Hüseyn Ərbəini münasibətilə Bəəlbək şəhərində deyib: İnsanların Hüseyn Ərbəini mərasimindəki milyonluq iştirakının dünyada heç bir bənzəri yoxdur və dünyanın hər bir nöqtəsindən, hətta Avropa və Amerikadan insanlar özlərini Kərbəlaya çatdırırlar. Bu yürüş bir daha Hüseyn(ə)-ı və Hüseyn şövqünü dünya xalqlarına təqdim etdi.

Livan Hizbullahının baş katibi həmçinin son Livan olaylarına işarə edərək, deyib: Bir-birimizin köməyi ilə xalqın vəziyyəti və iqtisadiyyatın yaxşılaşması üçün tədbirlər görməliyik.

Seyyid Həsən Nəsrullah sonra etirazçılara xitabən deyib: Hizbullah sizin fəryad və etirazlarınıza hörmət edir. Müqavimət ölkəni və xalqı buraxmayacaq; Livana zərərin dəyməsinə icazə verməyəcək və əgər Hizbullah küçəyə çıxarsa, daha tələblərin reallaşmasından başqa qayıdış yolu mövcud olmayacaqdır.

 

Teqlər