İraqlı təhlükəsizlik qüvvələri etirazçılara qarşı silah işlətməyiblər
-
İraqlı təhlükəsizlik qüvvələri etirazçılara qarşı silah işlətməyiblər
İraq daxili işlər nazirliyinin sözçüsü vurğulayıb ki, təhlükəsizlik qüvvələri son etirazçılarda silah işlətməyiblər.
İraq daxili işlər nazirliyinin sözçüsü Xalid Əlməhna bu gün bir açıqlamada İraq şiələrinin möhtərəm təqlid mərcəyi Həzrət Ayətullah Sistaninin cümə namazı xütbələrindəki dəyərli göstərişləri və mövqelərinə görə təşəkkür edib. O, deyib: İraqın əsas qanunu və icra qanunları şəxsi və ictimai əmlakın, eləcə də mülkilərin həyatlarının qorunması üçün dinc aksiyalar keçirmək haqqına zəmanət veriblər.
Əlməhna dinc aksiyaların bəziləri tərəfindən yayındırılmasını tənqid edib. O, deyib: İraqın bir qrup təhlükəsizlik qüvvəsi də həmin şəxslərin aksiyadan sui-istifadə etmələrinə görə, ölüb və ya yaralanıbdır.
İraq daxili işlər nazirliyinin sözçüsü mülkilərin mənzilləri və hökumət mərkəzlərnin yandırılması kimi hərəkətləri pisləyibdir.