Okt 29, 2019 08:33 Asia/Baku
  • Bağdad və Kərbəlada çaxnaşma
    Bağdad və Kərbəlada çaxnaşma

Etiraz və toqquşmaların davam etməsilə Bağdadın mərkəzindəki Təhrir meydanı və Kərbəla şəhərindəki Tərbiyət meydanı bir daha gərgin olub.

Bağdad və Kərbəla daxil olmaqla İraqın bir neçə şəhərində gərginliyin davam etməsinə görə, Bağdad və Kərbəla vilayətlərinin təhlükəsizlik əməliyyatı komandanlığı dünən səhər bu iki şəhərdə ləğv olunmuş komendant saatını naməlum müddətədək uzadıbdır.

İraqın bir neçə vilayəti son həftələr etiraz aksiyalarının şahididir. Aksiyalarda ümumi xidmətlərin əlverişsiz şəraitinə, iş yerlərinin olmamasına və korrupsiyaya etirazlar edilir. Amma bu etirazlar son günlər zorakılığa çevrilib. Onlarla nəfər ölüb və yaralanıb.

İraqda aksiya elə bir halda davam edir ki, bu ölkə hökuməti ötən bir ay ərzində dörd təklif zərfi təqdim edib. Məqsəd, etirazçıların tələblərinin təminidir.

Faktlar göstərir ki, İraqda aksiyalar təbii olmayıb və onların formalaşmasında əcnəbilərin rolu olubdur.

 

 

Teqlər