Sionist rejim qərb sahilində 11 fələstinlini həbs edib
Sionist rejim ordusu bildirib ki, bu rejim hərbçiləri qərb sahilnin müxtəlif bölgələrində on bir fələstinlini həbs ediblər.
Sionist hərbçilər bu gün bu şəxslərin qərb sahilnin müxtəlif bölgələrində yerləşən mənzillərinə basqın edərək, onları həbs ediblər.
Bu şəxslərin ittihamı Təl-Əvivin təxribatçı adlandırdığı hərəkətlərdə iştirak elan edilibdir.
Sionist hərbçilər həmçinin bu gün bir daha Fələstinin azadlığı uğrunda xalq cəbhəsinin məsul şəxslərindən olan Fəlsətin palament üzvü Xalidə Cərarı qərb sahilnin Ramullah şəhərində yerləşən mənzilində həbs ediblər.
Ötən bir neçə ayda işğal olunmuş Qüdsdə və qərb sahilində toqquşma və həbslər dalğası genişlənibdir.
Fələstinli əsirlərin işlərinə baxan heyət sionist rejim məhbəslərindəki fələstinlilərin sayını 6500 nəfər elan edib ki, onların arasında təqribən 50 qadın, 500 ittihamı bildirilməyən şəxs və 1800 xəstə mövcuddur.