Noy 01, 2019 20:50 Asia/Baku
  • Nəsrullah: Amerika Livanın problemlərinin həllinə mane olur
    Nəsrullah: Amerika Livanın problemlərinin həllinə mane olur

Livan Hizbullahının baş katibi bu gün Səəd Əlhərinin istefasına toxunaraq, deyib ki, Hizbullah öncədən bu istefanı təsdiq etmədiyini bildirmişdi.

Seyyid Həsən Nəsrullah Livanın daxili olaylarına işarə edərək, deyib: Ötən iki həftə ərzində düşmənlərin vətəndaş müharibəsi və qalmaqallar üzrə plan və fitnələrindən uzaqlaşdıq və əldə etdiyimiz məlumatlara görə, kimlərin pul verdiklərini və əmin-amansızlığa doğru sövq etdirənlərin kimlər olduğunu bilirik.

Livan Hizbullahının baş katibi etirazlar zamanı söylənən mənfi sözləri məqsədyönlü və nadir bir hadisə adlandırıb. O, əlavə edib: Bəzi çirkin sözlər söyləmək üçün pul veriblər və livanlıların bir çoxunun odlu və ya soyuq silaha malik olduğuna görə, bəziləri camaat arasında toqquşma salmağa çalışdılar.

Livan Hizbullahının baş katibi vurğulayıb: İndiyədək Livanda Hizbullah hökuməti adında bir hökumət təşkil olunmayıb və belə bir ibarədən istifadə edən kəslər bütün uğursuzluqları Hizbullahın adına yazmaq istəyirlər.

 

Teqlər