Küveytdə anti-hökumət aksiyası
Minlərlə küveytli dünən gecə pis iqtisadi və məişət vəziyyətinə və bu ölkə vətəndaşlığı ilə bağlı qanunlara etiraz olaraq paytaxt Küveyt şəhərinin Ələrdə meydanında aksiya keçirib.
Küveytli etirazçılar bu aksiyada təhsil sistemində düzəliş, xəstəxanaların yenilənməsi, hökumət icarələrinin dayandırılması, siyasi məhkumların əfv edilmələri, söz azadlığı, işsizlik probleminin həlli və vətəndaşlıqla bağlı qanunların dəyişdirilməsini istəyiblər.
Küveytli aktivistlər bundan qabaq tvitter-də bir haştaq yaradaraq, bu ölkədə iqtisadi islahatların aparılmasını istəyiblər. Onlar yeni vergilərin tətbiq edilməsinə qarşı çıxaraq, xəbərdarlıq etmişdilər ki, bu vəziyyətin davam edəcəyi təqdirdə küçələrə çıxacaqlar.
Küveytdə etiraz aksiyalarının keçirilməsinə çağırışlar bir neçə gün bundan öncədən və Zaid Ələsmi və Bədr Mərsal Əlfəzli adlı iki küveytli gəncin öldürülməsindən sonra başlandı. Küveytdə vətəndaşlığı olmayan şəxslər təbəqəsindən olan bu iki gənc pis məişət şəraitinə görə, intihar edibdir.
Küveytdə vətəndaşlığı olmayan şəxslər bu ölkə əslliyinə malik olmadığına görə, vətəndaş kimi rəsmən tanınmayan şəxslərə deyilir.