82-ci qayıdış aksiyasında 69 fələstinli yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i351935-82_ci_qayıdış_aksiyasında_69_fələstinli_yaralanıb
Dünən “Qayıdış haqqı” yürüşünün 82-ci cüməsində sionist rejim hərbçiləri Fələstin xalqının dinc aksiyasına qarşı gözyaşardıcı qaz və güllə işlədərək, azı 69 nəfəri yaralayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 09, 2019 09:49 Asia/Baku
  • 82-ci qayıdış aksiyasında 69 fələstinli yaralanıb
    82-ci qayıdış aksiyasında 69 fələstinli yaralanıb

Dünən “Qayıdış haqqı” yürüşünün 82-ci cüməsində sionist rejim hərbçiləri Fələstin xalqının dinc aksiyasına qarşı gözyaşardıcı qaz və güllə işlədərək, azı 69 nəfəri yaralayıblar.

“Qayıdış haqqı” yürüşünün 82-ci cüməsi Qəzzə zolağında keçirilib.

Fələstin səhiyyə nazirliyinin bildirdiyinə görə, sionist rejim hərbçiləri fələstinli aksiyaçılara divan tutarkən hərbi güllələrdən əlavə, zəhərli gözyaşardıcı qazdan istifadə ediblər.

“Qayıdış haqqı” yürüşü 2018-ci ilin martından başlanıb. Yürüş fələstinli didərginlərin öz ölkələrinə qayıdış haqlarının əllərindən alınması daxil olmaqla “əsrin sövdələşməsi” layihəsinin maddələrinə etiraz olaraq keçirilir.

Bu aksiyanın başlanmasından bəri 328 fələstinli sionist rejim hərbçilərinin atəşləri ilə şəhid olub, 18 min 460 fələstinli də yaralanıbdır.

Sionist rejim fələstinlilərin ərazilərini müsadirə edib, qəsb etdiyi ərazilərdə sionist qəsəbələr salmaqla fələstinli bölgələrin coğrafi strukturunu dəyişdirmək niyyətindədir.