Suriya ordusu Dəməşqin səmasına soxulanları hədəfə alıb
Noy 12, 2019 12:05 Asia/Baku
Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri bu ölkənin paytaxtı Dəməşqin ətrafında yerləşən Darya qəsəbəsinin səmasında bir düşmən amilini hədəfə alıb.
Bu gün səhər tezdən Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri işğalçıları hədətə alaraq, onları Suriya səmasından qaçmağa məcbur ediblər.
Bu xəbəri verən Suriyanın rəsmi informasiya agentliyi- SANA əlavə edib: Təcavüzkar düşmənin Dəməşqin Əlməzə bölgəsində, Livan səfirliyinin yaxınlığındakı bir binaya qarşı hava hücumunda bir qrup insan ölüb və ya yaralanıbdır.
Hələ bu xəbərlə bağlı artıq detallar yayılmayıbdır.
Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri sonuncu dəfə avqustun 25-də sionist rejimin Dəməşqin ətrafına qarşı hava hücumunu dəf etmişdilər.