Sionist rejimin Dəməşqə hücumunda Fələstin İslam Cihadı Hərəkatının bir üzvü şəhid olub
-
Sionist rejimin Dəməşqə hücumunda Fələstin İslam Cihadı Hərəkatının bir üzvü şəhid olub
Sionist rejimin Suriyanın paytaxtı Dəməşqdə yerləşən Livan səfirliyinin qərbindəki bir binaya qarşı hücumu nəticəsində Fələstin İslam Cihadı Hərəkatının siyasi bürosunun bir üzvü şəhid olub. Daha yeddi nəfərin şəhid olduğu və yaralandığı deyilir.
Sionist rejimin bu gün səhər tezdən həyata keçirdiyi bu hücumda Fələstin İslam Cihadı Hərəkatının siyasi bürosunun üzvü Əkrəm Ələcuri şəhid olub. Hücum Dəməşqin “Qərbi Əlməzə” bölgəsində yerləşən bir binaya qarşı keçirilib.
Bəzi medialar da Ələcurinin həyat yoldaşı və övladının öldürülməsindən xəbər veriblər.
Suriyanın daxili işlər naziri Muhəmməd Xalid Əlrəhmun bildirib ki, hədəfə alınmış bina, yaşayış binası olubdur.
Belə bir halda, bundan öncə Suriyanın rəsmi informasiya agentliyi- SANA, Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri tərəfindən bu ölkənin paytaxtı Dəməşqin ətrafında yerləşən Darya qəsəbəsinin səmasında bir düşmən amilinin hədəfə alınmasından xəbər vermişdi.