Noy 13, 2019 15:36 Asia/Baku
  • Fələstin İslam Cihadı Hərəkatının digər bir komandanı şəhid olub

Fələstin İslam Cihadı Hərəkatının hərbi qoulu olan Əl-Quds batalyonları bu hərəkatın döyüş komandanlarından digər birisinin şəhid olmasından xəbər verib.

Əl-Quds batalyonları bu gün bildirib ki, Qəzzə zolağının mərkəzində İslam Cihadı qüvvələrinə komandanlıq edən Xalid Məuz Fərac sionist rejim ordusunun hava hücumunda şəhid olub.

Dünən də sionist rejim qırıcılarının Qəzzə zolağına qarşı hücumunda on bir fələstinli, o cümələdən Fələstin İslam Cihadı Hərəkatının komandanlarından olan Bəha Əbuləta şəhid oldu, 25 nəfər də yaralandı.

Fələstinli mənbələr sionist rejimin Qəzzə zolağına qarşı hava hücumlarının şiddətlənməsinə işarə edərək, bildiriblər ki, işğalçı rejimin qırıcıları Rəfəhin şimal-şərqində yerləşən Əlnəsr kəndindəki bir mənzili hədəfə alıblar.

Qüdsü işğal etmiş rejimin qüvvələri həmçinin müqavimət qruplarının Xan Yunus şəhərinin qərbində yerləşən mövqeləri, eləcə də Qəzzə zolağının cənubunda yerləşən Əl-Qərarə bölgəsini hücuma məruz qoyublar.

Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin hərbi qolu olan “Şəhid Əbu Əli Mustəfa” batalyonları bildirib ki, sionist rejim ordusunun “Nahəll Əl-Əuz” postunu raket və mərmilər ilə hədəfə alıbdır.

Sionist rejim mediaları bildiriblər ki, müqavimət qüvvələri tərəfindən işğal olunmuş ərazilərə tərəf raketin atılması nəticəsində indiyədək bədən xəsarəti almış 41 nəfər Əsqəlan şəhərində yerləşən Berzilay xəstəxanasına köçürülüb. Onlardan 18 nəfəri şok keçiribdir.

 

 

Teqlər