Noy 19, 2019 18:06 Asia/Baku
  • İraq partiyaları işlərin islahı barədə baş nazir ilə razılaşıblar
    İraq partiyaları işlərin islahı barədə baş nazir ilə razılaşıblar

İraqdakı siyasi partiyalar bir razılaşma imzalayaraq, bu ölkənin baş naziri Adil Əbdulməhdiyə etirazçıların qənaətbəxş düzəlişlərini tətbiq etmək üçün 45 gün möhlət veriblər.

İraqdakı 12 siyasi qrupun imzaladığı bu razılaşmanın ən önəmli bəndlərindən, hər hansı bir payistəmədən uzaq olacaq nazirlər kabinetində geniş islahatlar, yeni seçki komissarlığının təşkili, həmçinin müstəqil namizədlərin seçilə bilmələri məqsədilə eyni fürsətlərin yaradılması üçün seçki qanununa düzəlişə işarə etmək olar.

Razılaşmanı imzalayanlar hökumətdən və təhlükəsizlik tərəflərindən istəyiblər ki, aksiyaçıların oğurlanmalarında məsuliyyət daşıyan şəxslərin müəyyən, həmçinin mediaları hədəfə alan, aksiyaçıları qırğın edən və atəş açan amillərin aşkar edilmələri üçün səy göstərsinlər.

İraq xalqının aksiyaları oktyabrın birindən bu ölkənin paytaxtı Bağdadda, həmçinin bir neçə mərkəzi və cənubi vilayətində başlanıb. Aksiyalarda məqsəd, iaşə xidmətlərində qüsura, işsizliyə və korrupsiyaya etirazdır.

 

 

Teqlər