Noy 22, 2019 12:20 Asia/Baku
  • Netanyahu özünə qarşı cinayət işini “çevriliş” adlandırıb
    Netanyahu özünə qarşı cinayət işini “çevriliş” adlandırıb

Sionist rejimin baş naziri özünə qarşı cinayət işinin açılmasını “çevriliş” adlandırıb və bildirib ki, hakimiyyətdən getməyəcəkdir.

Sionist rejimin baş prokuroru Avixay Mendelblit dünən bu rejimin baş naziri Benyamin Netanyahuya qarşı cinayət işi açıb və onu korrupsiyada, saxtakarlıqda və ictimai etimaddan sui-istifadədə ittiham edib.

Netanyahu özünə qarşı cinayət işinin açılmasından dərhal sonra məhkəmə və polis orqanlarını, həmçinin onlarla əlaqədar orqanları ittiham edibdir ki, “saxta iddiaçılar və siyasi məqsədlər”lə onun əleyhinə fitnə törədiblər.

Netanyahu ona qarşı cinayət işinin açılmasının "çevrilişə cəhd" və "sağçı bir hökuməti devirmək" olduğunu iddia edib.

Sionist rejimin baş naziri həmçinin əsla istefa verməyəcəyini söyləyib.

Netanyahunun sionist rejimin məhkəmə sistemində bir neçə korrupsiya işi var. O, “4000” adlı məhkəmə işində rüşvət verməkdə, “1000” və “2000” işlərində isə ictimai etimaddan sui-istifadə etməkdə ittiham olunur. Netanyahunun arvadı da korrupsiyada və qüdrətdən sui-istifadə etməkdə ittiham edilir.

 

 

Teqlər