Ərəb Liqası ABŞ-ın anti-Fələstin mövqeyinə reaksiya verib
Ərəb Liqasına üzv ölkələrin xarici işlər nazirləri Fələstin xalqına dəstək istiqamətində bir bəyanat yayıb və ABŞ-ın sionist rejimə dəstəklərinə qarşı mövqe tutublar.
Ərəb Liqasının baş katibi Əhməd Əbulqəyt bu liqaya üzv ölkələrin xarici işlər nazirləri iclasının yekun bəyanatını qiraət edərək, vurğulayıb ki, bu birlik amerikalıların işğal olunmuş ərazilərdəki sionist qəsəbələr barədəki son mövqeyi ilə qətiyyətlə müxalifət edir.
Əbulqəyt bildirib ki, Fələstin ərazilərində sionist qəsəbələrin salınması qanunsuzdur.
Ərəb Liqasına üzv ölkələrin xarici işlər nazirlərinin Fələstin barədəki növbədənkənar iclası Amerika rəsmilərinin yeni mövqelərilə bağlı təşkil olunub.
ABŞ-ın dövlət katibi Mayk Pompeo son zamanlar bildirmişdi ki, bu ölkə daha sionist qəsəbələri beynəlxalq qanunlara zidd bilmir. Qeyd edək ki, Amerika bundan öncə Fələstin ərazilərində sionist qəsəbələrin salınmasını beynəlxalq qanunlara zidd bilirdi.
ABŞ-ın sionist rejimin Fələstin ərazilərində qəsəbəsalmalarını himayə etməsi fələstinlilərin və bir çox dünya ölkəsinin etirazları və tənqidləri ilə üzləşibdir.
BMT Təhlükəsizlik Şurası 23 dekabr 2016-cı il tarixində 2334 saylı qətnamə qəbul edərək, sionist rejimdən istədi ki, Fələstin bölgələrindəki bütün qəsəbəsalmalarını dayandırsın.