Noy 27, 2019 17:09 Asia/Baku
  • Fələstin Muxtariyyəti ABŞ ilə münasibətləri tam şəkildə kəsməyə hazırdır

Fələstin Muxtariyyətinin başçısı deyib: Fələstinin Amerika tərəfindən qərb sahilindəki sionist qəsəbələrin qanuni sayılması qarşısındakı mövqeyi Amerikanın hazırkı hökumətilə əlaqələrin tam şəkildə kəsilməsilə nəticələnəcək.

Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas söyləyib: Oslo razılaşmasından sonra Fələstinin Amerika ilə təcrübəsi göstərir ki, Vaşinqton Fələstin məsələsi qarşısında heç bir müsbət addım atmayıbdır.

Abbas həmçinin ABŞ dövlət katibinin sionist qəsəbələrin salınmasını himayə etməsinə cavab olaraq, deyib: Bu sözlər yeni bir məsələ deyil və Amerika və sionist rejimin Fələstin xalqına qarşı təxribatçı hərəkətlərini təkmilləşdirir.

Amerikanın dövlət katibi Mayk Pompeo son zamanlar bildirdi ki, Vaşinqton sionist rejimin işğal olunmuş Fələstin ərazilərindəki sionistqəsəbəsalmalarının beynəlxalq hüquq normalarını pozmadığı qənaətindədir.

BMT-nin Təhlükəsizlik Şurası 2016-cı ilin dekabrında 2334 saylı qətnamə qəbul edərək, sionist rejimin işğal olunmuş Fələstin ərazilərindəki sionistqəsəbəsalmalarını dayandırmasını vurğuladı, lakin sionist  rejim Amerika hökumətinin himayələrilə beynəlxalq qanunları pozmaqda davam edir.

 

 

Teqlər