Dek 01, 2019 16:38 Asia/Baku
  • Yəməndə təcavüzkarlara qarşı aksiya
    Yəməndə təcavüzkarlara qarşı aksiya

Yəmənin cənubunda Abin vilayətinin Əl-Vəzi bölgəsində əhali etiraz aksiyası keçirərək təcavüzkar Səudiyyə və BƏƏ koalisiyası qüvvələrinin Yəməni tərk etmələrini istəyib.

İRİB-in verdiyi məlumata görə, Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadinin doğulduğu yer olan Əl-Vəzi əhalisi səsləndirdikləri şüarlarla təcavüzkar Səudiyyə və BƏƏ qüvvələrinin Yəməni tərk etmələrinə, müharibəyə son qoyulmasına və yəmənlilərin öz taleyinə malik olmalarına təkid ediblər. 

Aksiya iştirakçıları bir bəyanat yayaraq bildiriblər ki, son beş il ərzində  Yəmənin cənub vilayətlərinin sakinlərinin fədakarlıqlarına rəğmən bu ərazilər təkrar Səudiyyə koalisiyası tərəfindən işğal edilib. 

Teqlər