İraq parlamenti Əbdül-Məhdinin istefasını qəbul etdi
İraq parlamenti özünün bu günkü iclasında baş nazir Adil Əbdül-Məhdinin istefa tələbi ilə razılaşıb.
Əssuməriyyə internet portalının verdiyi məlumata görə, deputatların əksəriyyətinin iştirakı ilə təşkil olunan İraq parlamentinin bu iclasında ölkə konstitusiyasının 75-ci maddəsinə istinadla Adil Əbdül-Məhdinin istefa tələbi qəbul edilib və prezident Bərhəm Salehdən yeni hökumətin başçısını parlamentə təqdim etməsi istənilib.
Adil Əbdül-Məhdi cümə günü bir bəyanat yayaraq bildirdi ki, mövcud şəraiti nəzərə alaraq və xalq etirazlarındakı davamlı kobudluq hallarının qarşısını almaq üçün parlamenti yeni hökumətin qurulması barədə qərar qəbul etməyə çağırır. Əbdül-Məhdi dünən gecə öz istefasını rəsmən parlamentə təqdim etdi.
İraq parlamentinin sədri Məhəmməd Əl-Həlbusi parlamentin bu günkü iclasında deyib: Konstitusiyanın 76-cı maddəsinə əsasən ölkə prezidenti yeni baş nazirin adını parlamentə təqdim etmək üçün bir aylıq möhlətə malikdir.