Dek 03, 2019 13:11 Asia/Baku
  • Fələstinilər “Qayıdış haqqı” aksiyasında geniş iştiraka çağırış ediblər
    Fələstinilər “Qayıdış haqqı” aksiyasında geniş iştiraka çağırış ediblər

Böyük “Qayıdış haqqı” aksiyasının keçirilməsi və Qəzzə zolağının mühasirəsinin sındırılması üzrə ali heyət Fələstin xalqının bu həftənin “Aksiya davam edir” adı altında keçiriləcək cümə aksiyasında geniş şəkildə iştirak etməsini istəyib.

“Qayıdış haqqı” aksiyasının keçirilməsi və Qəzzə zolağının mühasirəsinin sındırılması üzrə ali heyət Fələstin xalqının nümayişini hədəfə almaq üzrə hər cür səy barədə işğalçı sionist rejimə xəbərdarlıq edib, bu dinc nümayişin bərpa edilməsini Fələstin xalqının qəsbkarları qovmaq üzrə ardıcıl mübarizəsi adlandırıbdır.

“Qayıdış haqqı” aksiyasının keçirilməsi və Qəzzə zolağının mühasirəsinin sındırılması üzrə ali heyət noyabr ayında bir açıqlamada bildirdi ki, bu aksiya naməlum müddətədək keçirilməyəcək.

Bu heyət həmin məsələnin səbəbini sionist rejimin baş naziri Benyamin Netanyahunun dinc “Qayıdış haqqı” aksiyasının iştirakçılarını qırmaq, qətlə yetirmək və Qəzzəyə hücum yolu ilə məhkəmə işləri xüsusiyyət təşkil etməklə öz siyasi böhranından çıxmaq üzrə səyi adlandırıbdır.

“Qayıdış haqqı” aksiyası 2018-ci ilin martından “əsrin sövdələşməsi” layihəsinin maddələrinə, o cümlədən fələstinli didərginlərin öz ölkələrinə qayıdış haqqının ləğv olunmasına etiraz olaraq hər həftənin cümə günü keçirilir.

2018-ci il martın 30-dan bu günədək bu aksiyalarda 330-dan çox fələstinli sionist hərbçilərin gülləsinə tuş gələrək şəhid olub və azı 31 min fələstinli də yaralanıbdır.

 

 

 

 

Teqlər