300-dən çox şahid sionist rejimin baş nazirinə qarşı şəhadət verəcək
Dek 03, 2019 17:45 Asia/Baku
Sionist rejimin baş nazirinin korrupsiya işlərilə bağlı bu rejimin parlamenti- knesset-ə təqdim olunmuş iddianaməyə əsasən, 333 nəfər Benyamin Netanyahuya qarşı şəhadət verəcək.
Sionist rejimin baş prokuroru Avixay Mendelblit knessetin sədri Yuli Edelsteynə məktubunda bildirib ki, baş nazir Benyamin Netanyahunun mühakiməsi tezliklə Beytulmuqəddəsdəki bir məhkəmədə keçiriləcək.
Sionist rejimin baş prokuroru, Benyamin Netanyahunun knesset üzvlərindən məhkəmə toxunulmazlığı əldə etməsi üçün otuzgünlük möhlət təyin edibdir.
Sionist rejim prokurorluğu noyabrda bu rejimin baş naziri Benyamin Netanyahunu saxtakarlıq, rüşvətxorluq və ictimai etimaddan sui-istifadədə ittiham etmişdi.