B.Salih müvəqqəti baş nazirin seçilməsi üçün qanuni zaman cədvəllərinə sədaqəti vurğulayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i353776-b.salih_müvəqqəti_baş_nazirin_seçilməsi_üçün_qanuni_zaman_cədvəllərinə_sədaqəti_vurğulayıb
İraq prezidenti Bərhəm Salih xalqın razılaşdığı müvəqqəti hökumətin baş nazirini seçmək məqsədilə qanuni zaman cədvəllərinə sədaqətin vacibliyini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 10, 2019 12:00 Asia/Baku
  • B.Salih müvəqqəti baş nazirin seçilməsi üçün qanuni zaman cədvəllərinə sədaqəti vurğulayıb
    B.Salih müvəqqəti baş nazirin seçilməsi üçün qanuni zaman cədvəllərinə sədaqəti vurğulayıb

İraq prezidenti Bərhəm Salih xalqın razılaşdığı müvəqqəti hökumətin baş nazirini seçmək məqsədilə qanuni zaman cədvəllərinə sədaqətin vacibliyini vurğulayıb.

İraq prezidenti Bərhəm Salih bu ölkənin siyasi və təhlükəsizlik vəziyyətinin araşdırılması məqsədilə parlament qurumlarının sədrlərilə görüşdə deyib: Müvəqqəti hökumətin baş nazirini, xalqın razı olduğu, ləyaqətli və milli əhval-ruhiyyəli bir şəxsi seçmək məqsədilə qanuni zaman cədvəllərinə sədaqət zəruri bir məsələdir.

Bərhəm Salih zorakılığın rədd edilməsi və təxribatçılarla mübarizənin vacibliyini vurğulayıb. O, deyib: Etirazçıların dinc aksiyaların keçirilməsi üzrə qanuni hüquqlarına, onların və ölkənin təhlükəsizliklərinin təmin edilməsinə, eləcə də söz azadlığına riayət olunmalıdır.

İraq prezidenti söyləyib: Təhlükəsizlik orqanları insan oğurluğu əməliyyatlarına, cinayətkar qruplar ilə mübarizəyə və dövlət müəssisələrinə dəstəyi davam etdirməlidirlər.