Beyrutda aksiyalar davam edir
Dek 17, 2019 09:16 Asia/Baku
Yüzlərlə livanlı etirazçı dünən axşam və üçüncü gecə dalbadal paytaxt Beyrutun küçələrində aksiya keçirib.
Aksiya iştirakçıları istefa vermiş baş nazir Səəd Həriri tərəfindən nazirlər kabinetinin təşkili ehtimalına qarşı çıxıblar.
Muhəmməd Əlsəfdi və Səmir Əlxətibin Livanda hökumət təşkilindən vaz keçmələrinin ardınca son günlər Səəd Həriri tərəfindən nazirlər kabinetinin təşkili ehtimalı irəli sürülüb.
Bu aksiya etirazçılarla təhlükəsizlik qüvvələri arasında döyüş səhnəsinə çevrilibdir.
Livanlıların etirazlarının davamı elə bir haldadır ki, bu ölkənin prezidenti Mişel Oun bildirib ki, bu ölkə parlamentinin Səəd Həriri tərəfindən hökumətin təşkili barədə məşvərət iclası cümə axşamı gününə təxirə salınıbdır.