Dek 22, 2019 21:28 Asia/Baku
  • Səud koalisiyası tərəfindən Yəmən gəmilərinin dayandırılması davam edir
    Səud koalisiyası tərəfindən Yəmən gəmilərinin dayandırılması davam edir

Yəmənin neft şirkəti bildirib ki, təcavüzkar səud koalisiyası tankerləri dayandırmaq siyasətini davam etdirməklə yəmənli mülkiləri sıxışdırmağı və onların əzablarını daha da artırmaq niyyətindədir.

Yəmənin neft şirkəti dünən bir açıqlamada əlavə edib: Bu gəmilər elə bir halda müsadirədə saxalnıblar ki, Əlhudəydə limanına daxil olmaq üçün lazımi icazə vərəqələrini almışdılar və bu yeddi gəmi 58 min 435 ton benzin və 127996 ton dizel yanacağı daşıyır.

Ərəbistan beş ildir, ABŞ və sionist rejimin himayəsilə koalisiya təşkil edib, Yəmən şəhərlərinə geniş hava hücumları keçirməklə xalqın ehtiyac duyduğu vəsaitlərin, o cümlədən qida maddələri və dərmanın bu ölkənin müxtəlif şəhərlərinə çatmasının qarşısını alır.

Səud koalisiyası dəfələrlə neft məmulatlarını daşıyan gəmiləri dənizdə saxlayıb və bu məmulatları Yəmənin Əlhudydə limanında boşaltmaları üçün onların yollarını davam etdirmələrini əngəlləyibdir.

 

 

Teqlər