Mosulda partlayış; 7 hərbçi ölüb və yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i354655-mosulda_partlayış_7_hərbçi_ölüb_və_yaralanıb
İraq mediaları bu gün səhər tezdən bu ölkənin Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərində bir bombanın partlamasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 25, 2019 09:51 Asia/Baku
  • Mosulda partlayış; 7 hərbçi ölüb və yaralanıb

İraq mediaları bu gün səhər tezdən bu ölkənin Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərində bir bombanın partlamasından xəbər veriblər.

Bu partlayışda iki iraqlı hərbçi ölüb, beş nəfər də yaralanıbdır.

Dünən axşam da İraqın şimalında yerləşən Səlahəddin vilayətində bu ölkənin təhlükəsizlik qüvvələrinin hərəkəti yolunda bir bombanın partlaması nəticəsində azı beş təhlükəsizlik qüvvəsi ölüb və yaralanıbdır.

Belə bir halda, iraqlı qüvvələr dünən gecə İŞİD terrorçularının bu ölkənin şimalında yerləşən Kərkük vilayətindəki Xəbbaz neft yatağına qarşı hücum cəhdini uğursuz qoyubdlar.

İraqın müxtəlif bölgələri son günlər bir neçə terror partlayışının şahidi olublar.