Livanın şimalında Əl-Bədavi düşərgəsində partlayış baş verib
Dek 25, 2019 13:44 Asia/Baku
Livanın Milli Xəbər Agentliyi bu ölkənin şimalındakı Tripoli şəhərində yerləşən Əl-Bədavi bölgəsində iki bombanın partladığını bildirib.
Çərşənbə günü naməlum bir şəxs kustar üsulla hazırlanmış iki bombanı sözü gedən bölgədə fələstinli qaçqınların düşərgəsinə tullayıb ki, nəticədə beş gənc yaralanıb.
Hüquq-mühafizə orqanları bombaları atan şəxsin kimliyini müəyyən etmək və saxlanılması üçün araşdırmalara başlayıblar.
Sionist rejimin işğalçılığı nəticəsində 5,5 milyondan çox fələstinli öz ölkələrindən didərgin düşüblər ki, onların 500 min nəfəri Livanda yaşayırlar.