İraqda “Qələbə iradəsi" əməliyyatının səkkizinci mərhələsi başlanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i354936-İraqda_qələbə_iradəsi_əməliyyatının_səkkizinci_mərhələsi_başlanıb
İraq ordusunun müştərək əməliyyat komandanlığı bu ölkədə terrorizmə qarşı “Qələbə iradəsi" əməliyyatının səkkizinci mərhələsinin başlanmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 29, 2019 10:29 Asia/Baku
  • İraqda “Qələbə iradəsi
    İraqda “Qələbə iradəsi" əməliyyatının səkkizinci mərhələsi başlanıb

İraq ordusunun müştərək əməliyyat komandanlığı bu ölkədə terrorizmə qarşı “Qələbə iradəsi" əməliyyatının səkkizinci mərhələsinin başlanmasından xəbər verib.

İraq ordusunun müştərək əməliyyat komandanlığı bildirib ki, “Qələbə iradəsi" əməliyyatının səkkizinci mərhələsi bu gün səhər Kərkük və Səlahəddin vilayətlərinin cənubu və qərbində başlanıb. Məqsəd, İŞİD qalıqlarının təqib olunmaları və bu bölgələrdə tam təhlükəsizliyin bərqərarıdır.

“Qələbə iradəsi" əməliyyatı iyulun 7-dən başlanıb və indiyədək bu əməliyyatın yeddi etapı uğurla başa çatıbdır. İraq 2017-ci ilin dekabrında İŞİD terror qrupu üzərində tam qələbədən xəbər verdi, amma İraq qüvvələri hələ də bəzi bölgələrdə bu terror qrupunun qalıqları ilə pərakəndə şəkildə döyüşürlər.