Qəzzədə Əl-Əqsa batalyonlarının təlim-məşqi keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i355003-qəzzədə_Əl_Əqsa_batalyonlarının_təlim_məşqi_keçirilib
Fələstinin Fəth hərəkatının hərbi qolu olan Ələqsa Şəhidləri batalyonları sionist rejimlə hər bir savaşda iştiraka hazırlıq məqsədilə Qəzzə zolağında hərbi təlim-məşq keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 30, 2019 14:48 Asia/Baku
  • Qəzzədə Əl-Əqsa batalyonlarının təlim-məşqi keçirilib
    Qəzzədə Əl-Əqsa batalyonlarının təlim-məşqi keçirilib

Fələstinin Fəth hərəkatının hərbi qolu olan Ələqsa Şəhidləri batalyonları sionist rejimlə hər bir savaşda iştiraka hazırlıq məqsədilə Qəzzə zolağında hərbi təlim-məşq keçirib.

Fəth hərəkatının və bu hərəkatın sədri Mahmud Abbasın siyasi mövqelərinin əksinə olaraq, bu hərəkatın hərbi qolu olan Ələqsa Şəhidləri batalyonları Qəzzə zolağında böyük hərbi təlim-məşq keçirib. Bu təlimlərdə Ələqsa Şəhidləri batalyonlarının sözçüsü vurğulayıb ki, müqavimət Fələstin xalqınn amalının reallaşmasının yeganə yoludur.

M.K- Ələqsa Şəhidləri batalyonları bütün fitnələrə rəğmən, öz silahını yerə qoymayacaq və zaman göstərəcək ki, silahlı mübarizə və müqavimət seçimi bütün Fələstin ərazisinin azadlığına doğru gedən yeganə düzgün yoldur.

Bu təlim-məşqdə müxtəlif siyasi təmayüllü hərbi qruplar iştirak edirlər. İştirakçılar vurğulayıblar ki, bütün siyasi fitnələrə rəğmən, Fələstin xalqı müqavimətə təkid edir.

M.K- Silahlı müqavimət qüvvələri hələ də Fələstin xalqının diqqət mərkəzindədirlər. Fəth hərəkatı vurğulayır ki, müqavimət seçimi yeganə seçimdir. Bu gün bizim bütün islami və ərəbdilli cəmiyyətlərə müraciətimiz budur ki, müqavimətin kənarında dursunlar.

Bütün siyasi səylərə rəğmən, müxtəlif siyasi təmayüllü müqavimət qüvvələri vurğulayıblar: Silah fələstinlilərin əllərində qalmaqda davam edəcək. Müqavimət qüvvələri də xalqın bütün tələblərinin və Fələstinin tam şəkildə azad edilməsinin reallaşmasınadək öz yollarını davam etdirəcəklər.