ABŞ hərbçilərinin İraqdan qovulmaları və Amerikanın Bağdaddakı səfirliyinin bağlanmasına təkid
İraqın xalq səfərbər qüvvələri- Əlhəşduşşəbi-nin komandanlarından biri deyib ki, Amerikanın Bağdaddakı səfirliyi casusluq yuvası və İraqda təxribatçı hərəkətlər üçün bir məkandır və buna görə, bağlanmalıdır.
Cəvad Əltəlibavi bildirib ki, Amerikanın Bağdaddakı səfirliyi qarşısında baş verən hadisələr Amerikanın son təcavüzünə qarşı təbii reaksiyadır. O, deyib: Hazırda bütün İraq xalqına sübut olubdur ki, Amerikanın İraqdakı səfirliyi casusluq edərək, İraq xalqına qarşı təxribatçılıq əməliyyatını idarə edir.
Həşduşşəbi-nin bu komandanı İraqın hökuməti və parlamentindən istəyibdir ki, tez bir zamanda ABŞ hərbçilərinin və bu ölkə səfirliyi işçilərinin İraq ərazisindən qovulmaları barədə qanun qəbul etsinlər.
İraq Hizbullahı batalayonlarının sözçüsü Muhəmməd Muhi də bildiribdir ki, ABŞ səfirliyi önündə aksiya bu ölkə səfirinin çıxarılmasına, səfirliyin bağlanmasına və amerikalı hərbçilərin İraqdan qovulmalarınadək davam edəcək. O, vurğulayıb ki, bundan sonra Amerikanın İraqda hərbi iştirakı qəbuledilməzdir.