Amerikalı hərbçilərin İraqdan çıxmaları haqdakı qərar suverenliyin qorunması istiqamətindədir
-
Amerikalı hərbçilərin İraqdan çıxmaları haqdakı qərar suverenliyin qorunması istiqamətindədir
İraq Milli Hikmət cərəyanının başçısı amerikalı hərbçilərin iştirakına son qoyulması barədə qanunun qəbul edilməsini İraqın bölgədəki qüdrətinin gücləndirilməsi və suverenliyinin qorunması istiqamətində atılan addım adlandırıb.
Əmmar Əlhəkim bu gün bir bəyanatda İraq ordusunun qabiliyyətlərinin artırılması, onun silahlandırılması, eləcə də bu ölkənin sərhədləri, quru və hava məkanının himayə edilməsini istəyib.
İraq Milli Hikmət cərəyanının başçısı öz bəyanatının digər bir hissəsində baş nazirin seçilməsinin sürətləndirilməsi və xarici müdaxilələrdən kənar İraqda seçkilərin keçirilməsinə zəminin yaradılmasını vurğulayıb.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymaninin və İraqın Həşduşşəbi təşkilatının rəis müavini Əbu Məhdi Əlmuhəndisin Bağdadda Amerikanın terrorçu hökuməti tərəfindən namərdcəsinə terror edilmələrinin ardınca İraq parlamentinin üzvləri bazar günü amerikan qüvvələrin İraq torpaqlarından qovulmalarına dair bir layihə qəbul etdilər.
İraq parlamenti həmçinin hər bir dəlilə görə, amerikalı qüvvələrin İraqın hava məkanından istifadə etmələrinin qadağan edilməsini istəyibdir.