İraq hökuməti ABŞ hərbçilərinin çıxarılması üçün qanuni tədbirlər görür
-
İraq hökuməti ABŞ hərbçilərinin çıxarılması üçün qanuni tədbirlər görür
İraqda baş nazir səlahiyyətlərini icra edən Adil Əbdül-Mehdi bu ölkə parlamentinin ABŞ qüvvələrinin çıxarılması üzrə qərarının icrası istiqamətində qanuni tədbirlərin həyata keçiriləcəyini bildirib.
İRNA-nın məlumatına görə, Adil Əbdül-Mehdi bazar günü yanvarın 5-də verdiyi açıqlamada bildirib ki, İraqın müxtəlif mərkəzlərinin nümayəndələri parlamentin ABŞ qüvvələrinin çıxarılması ilə bağlı qərarının icrası üçün qanuni və praktiki addımlar barədə müvafiq tədbir planları hazırlayırlar.
Bu arada Donald Tramp İraq parlamentinin ABŞ həbçilərinin ölkədən çıxarılmasına dair qərarına reaksiyada bu ölkəni ABŞ tərəfindən ən sərt sanksiyaların tətbiqilə hədələyib.
İslam İnqilabı Keşikçiləri Korpusu-Sepahın Qüds Qüvvələrinin komandanı Hacı Qasim Süleymani və İraqın xalq səfərbər qüvvələri Əl-Həşdüşşəbi Təşkilatının komandan müavini Əbu Mehdi Əl-Mühəndisin Bağdadda ABŞ tərəfindən vəhşicəsinə terror edilməsinin ardınca yanvarın 5-də İraq parlamenti ABŞ hərbçilərinin bu ölkədən çıxarılmasına qərar verdi.
İraq parlamenti həmçinin, bu ölkənin hava məkanından ABŞ qüvvələri tərəfindən hər hansı bir məqsəd üçün istifadə edilməsini qadağan edib