Yan 10, 2020 09:03 Asia/Baku
  • Sionist rejim Həşduşşəbinin mövqelərinə hücum edib
    Sionist rejim Həşduşşəbinin mövqelərinə hücum edib

İnformasiya mənbələri İraq-Suriya sərhədi yaxınığında partlayışın baş verməsindən və İraqda Həşduşşəbinin mövqelərinin hədəfə alınmasından xəbər veriblər.

Livanın Əlməyadin telekanalı dünən gecə İraq-Suriya sərhədi yaxınığında partlayışın baş verməsindən xəbər verərək bildirib: İlkin məlumatlar göstərir ki, bu partlayış hava bombardmanından irəli gəlir.

İraqın Əlitticah telekanalı da xəbər verib ki, sionist rejimin qırıcıları dünən gecə İraqın Həşduşşəbi qüvvələrinin mövqelərini hədəfə alıblar.

Həşduşşəbi Amerika, sionist rejim və Qərbi Asiya bölgəsindəki bəzi ərəb rejimlərinin himayə etdikləri terrorizmlə mübarizədə mühüm rol oynayır.

Bundan öncə sionist rejimin qırıcı və pilotsuzları Suriyadakı terror qruplarını himayə məqsədilə bu ölkə ordusunun, eləcə də Həşduşşəbinin mövqelərini hədəfə almışdılar.

Teqlər