İraqın baş naziri ABŞ hərbçilərinin bu ölkədən çıxmalarına dair qərarın icrasını vurğulayıb
İraqın baş naziri ABŞ-ın dövlət katibindən istəyib ki, həmin ölkə parlamentinin amerikalı hərbçilərin İraqdan çıxmaları barədə qəbul etdiyi mexanizmin icrası üçün bir nümayəndə təqdim etsin.
İraqın baş naziri Adil Əbdulməhdi bu gün ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə telefon söhbətində bu ölkənin suverenliyinin pozulması ilə nəticələnəcək hər cür addım və əməliyyata qarşı çıxıb.
Əbdulməhdi həmçinin bu gün Avropa Birliyinin İraqdakı səfiri Martin Hart ilə görüşdə bu ölkənin hökuməti və parlamentinin xarici hərbçilərin çıxmaları vacibliyinə sadiq qalmalarına və bu addımın İraqın təhlükəsizliyi və suverenliyinə olan müsbət təsirinə işarə edərək, deyib: Bağdad daima asayişi bərqərar etmək üçün bütün dünya ölkələrilə ən yaxşı əlaqələrə malik olmağa çalışır.