Heysəm Bin Tariq Ali Səid Omanın yeni sultanı təyin edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i355775-heysəm_bin_tariq_ali_səid_omanın_yeni_sultanı_təyin_edilib
Omanın sabiq kralı Qabus Bin Səidin vəfat etməsinin ardınca Heysəm Bin Tariq Ali Səid bu ölkənin yeni sultanı təyin edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 11, 2020 11:56 Asia/Baku
  • Heysəm Bin Tariq Ali Səid Omanın yeni sultanı təyin edilib

Omanın sabiq kralı Qabus Bin Səidin vəfat etməsinin ardınca Heysəm Bin Tariq Ali Səid bu ölkənin yeni sultanı təyin edilib.

Əl-Aləm telekanalının bu günə olan məlumatına əsasən, Omanın mədəniyyət naziri olmuş Heysəm Bin Tariq, sultan Qabusun əmisi oğludur. O, adətən sultan Qabusun xüsusi nümayəndəsi kimi bu ölkənin xarici işlər nazirliyində fəaliyyət göstərib.

Omanın Ali Müdafiə Şurası Şənbə günü yanvarın 11-də səhər saatlarında təcili toplantı keçirib. Bu toplantıda Heysəm Bin Tariqin rəsmi olaraq and içmə mərasimi keçirilib.

Qabus Bin Səid uzun sürən kolon xərçəngi xəstəliyindən sonra 79 yaşında dünyasını dəyişib.

Sultan Qabusun vəfatı ilə bağlı ölkədə üç gün ümumi matəm elan olunub.  Dövlət və özəl müəssisələrin fəaliyyəti dayandırılıb.

Oman bayrağı bu ölkənin vəfat etmiş sultanına hörmət əlaməti olaraq 40 gün müddətinə yarıya qədər endirilib.

79 yaşlı Sultan Qabus atasından sonra Omanda siyasi və iqtisadi islahatlar aparıb.

1970-ci ildə Oman xalqının "Yamul Nehzə" adlandırdıqları 23 iyul tarixində sultan Qabus hakimiyyətə gəlib.