İraqda 1920-ci il inqilabı təkrar olur
İraqda "Əsaib Əhlulhəqqq" hərəkatının baş katibi deyib ki, bu həftənin cüməgünkü anti-Amerika aksiyası İraq xalqının İngiltərə müstəmləkəsinə qarşı 1920-ci il inqilabını xatırladır.
"Əsaib Əhlulhəqqq" hərəkatının baş katibi Qeys Əlxəzəli əlavə edib: İraq xalqının bu ölkənin müxtəlif şəhərlərində, o sıradan paytaxt Bağdadda cümə namazı qılındıqdan sonra keçiriləcək milyonluq aksiyiaları "Əşrin inqilabı" olacaq.
1920-ci ilin iyun ayında başlanmış "Əşrin inqilabı"- Surətələşrin, İraqın bu ölkənin ingilis qüvvələr tərəfindən işğalına qarşı böyük inqilabı idi. Bu inqilab öncə Bağdadda başlandı və sürətlə Kərbəla şəhəri daxil olmaqla bu ölkənin digər şəhərlərinə yayıldı.
Əlxəzəli həmçinin vurğulayıb ki, İraq xalqı işğalçıları geri çəkilməyə məcbur edəcək.
İraqda Sədr cərəyanının rəhbəri Muqtəda Sədr keçən həftə bu ölkə xalqını amerikalı hərbçilərin iştirakını pisləyən milyonluq aksiya keçirməyə çağırdı. Bu çağırış müqavimət qrupları, həmçinin İraq xalqının rəğbəti ilə üzləşdi.