Yan 26, 2020 19:22 Asia/Baku
  • Liviya Milli Ordusu Tripoliyə hücumlarını davam etdirir
    Liviya Milli Ordusu Tripoliyə hücumlarını davam etdirir

Liviya Milli Birlik Hökuməti Xəlifə Həftərin başçılıq etdiyi qüvvələrin paytaxta yeni hücumları nəticəsində bir neçə nəfərin öldüyünü və yaralandığını bildirib.

Əl-Cəzirə telekanalının məlumatına görə, Liviyanın Milli Birlik Hökumətinin səhiyyə naziri yanvarın 25-də Liviya Milli Ordusu qüvvələrinin paytaxt Tripoliyə hücumları nəticəsində azı bir nəfər həlak olub, 2-i uşaq olmaqla 4 nəfər də yaralanıb.

Məlumata əsasən, "Seyidi Bu Müslim" bölgəsi və Tripolinin cənubunda hava limanına gedən yolda şiddətli toqquşmalar gedir.

Bu elə halda baş verir ki, BMT-nin Liviyadakı Missiyası yanvarın 25-də bir bəyanat yayaraq, Liviyaya  silah embarqosunun hətta Liviya mözusu ilə Berlində keçirilən konfransın iştirakçısı olmuş ölkələr tərəfindən belə açıq şəkildə pozulmasından təəssüfləndiyini bildirib.

BMT-nin nümayəndə heyəti son günlərdə Liviya  hava limanında bir neçə yük təyyarəsinin bu ölkədə müharibə üçün qabaqcıl silahlar, zirehli texnika, xarici məsləhətçi və ünsürləri daşıyarkən göründüyünü açıqlayıb..

 

Teqlər