Yan 27, 2020 17:41 Asia/Baku
  • İraq xalqının milyonluq aksiyası Trampı sıxıntıya salıb
    İraq xalqının milyonluq aksiyası Trampı sıxıntıya salıb

İraq parlamentinin sədr müavini vurğulayıb ki, bu ölkə xalqının cümə günü amerikalı hərbçilərin bu ölkədəki iştiraklarına qarşı keçirdiyi milyonluq aksiya Donald Trampı sıxıntıya salaraq, İraq xalqının Amerikanın siyasətlərinə qarşı kəskin müxalifətini göstərdi.

İraq parlamentinin sədr müavini bazar günü deyib ki, Amerika və onun təbliğat maşınları İraq xalqının aksiyasını zəiflətməyə çalışsalar da İraq xalqının öz sözünü dünya xalqları qarşısında deməsinə mane ola bilmədilər.

Əlkəbi söyləyib: İraq xalqının milyonluq aksiyasının yekun bəyanatında amerikalı qüvvələrin geri çəkilmələrinin zaman cədvəli üçün yol xəritəsi elan olunub və parlament bu qərarın bəndlərini dinc çərçivədə icra etmək üçün hökumət ilə ahəngdar olmağa çalışır.

İraq parlamentinin sədr müavini əlavə edib: Tezliklə İraq parlamenti kəşfiyyat, inkişaf və müxtəlif təlimlər sahələrində digər ölkələrlə təhlükəsizlik razılaşmaları formulunu yenidən nəzərdən keçirəcək.

İraqın paytaxtı Bağdad Amerikanın bu ölkədəki işğalçılığının davam etməsilə müxalifətdə cümə günü xalqın bənzərsiz iştirakı səhnələrinin şahidi idi.

 

Teqlər