Ağpapaqlılar Suriyada kimyəvi simulyasiyaya hazırlaşırlar
-
Ağpapaqlılar Suriyada kimyəvi simulyasiyaya hazırlaşırlar
Rusiya müdafiə nazirliyinin tabeliyində olan Suriyada döyüşən tərəflərin barışıq mərkəzinin müdiri "Ağpapaqlılar" qrupunun həmkarlığı ilə bu ölkədə bir qrup terrorçunun kimyəvi simulyasiyaya hazırlaşmasından xəbər verib.
Yuri Borinkov bildirib ki, "Ağpapaqlılar" qrupunun üzvləri bir xlor qazı yükü ilə İdlib vilayətinin "Mərə, Məsirin və Əriha", həmçinin Hələb vilayətinin "Kəfər Həmra" bölgələrinə çatıblar.
Borinkov bildirib ki, İdlib vilayətinin zəhərli maddələr laboratoriyalarının işçiləri Avropada təlim keçiblər. O, əlavə edib: "Ağpapaqlılar" qrupunun üzvləri bir daha zəhərli maddələrdən istifadə etmək niyyətindədirlər və onların bu hərəkətdə məqsədləri, Suriya rəsmilərini kimyəvi silahlardan istifadə etməkdə ittiham etməkdir.
"Ağpapaqlılar" qrupu terrorçuların həmkarlığı ilə son üç ildə bir neçə dəfə kimyəvi simulyasiyaya səy göstərib. Bəzi hallarda da Qərb ölkələrinin əməkdaşlığı ilə kimyəvi bombardman barədə saxta səhnələr yaratmaqla Suriya hökumətini bu kimyəvi hücumu həyata keçirməkdə ittiham edib.