Suriya ordusu Xan Tumanı azad edib
Yan 30, 2020 05:29 Asia/Baku
Suriya ordusu Hələb vilayətində yerləşən Xan Tumana daxil olaraq bu bölgəni terrorçulardan geri alıb.
Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Suriya ordusu dünən Hələbin cənubunda yerləşən Xan Tuman qəsəbəsinə daxil olub və Cəbhətünnüsrə terrorçuları ilə toqquşmaların ardınca bu qəsəbəni öz nəzarətinə alıb.
Xan Tuman Hələbin cənubundan 10 kilometr məsafədə yerləşir və Hələb-Dəməşq magistral youna yaxınlığına görə strateji əhəmiyyətə malikdir.
Suriya ordusu həmçinin İdlib vilayətinin cənubunda strateji əhəmiyyətə malik olan Mərətül-Nəman şəhərini də terrorçulardan tam təmizləyərək öz nəzarətinə alıb.