Sionist rejimin hərbi təyyarələri Qəzzəyə hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i356865-sionist_rejimin_hərbi_təyyarələri_qəzzəyə_hücum_ediblər
Bu gün səhər çağı sionist rejimin hərbi təyyarələri və Pilotsuz Uçan Aparatları Qəzzə zolağına hücum ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 30, 2020 05:29 Asia/Baku
  • Sionist rejimin hərbi təyyarələri Qəzzəyə hücum ediblər

Bu gün səhər çağı sionist rejimin hərbi təyyarələri və Pilotsuz Uçan Aparatları Qəzzə zolağına hücum ediblər.

İRNA Livanın Əl-Məyadin telekanalına istinadən bildirib ki, sionist rejimin hərbi təyyarələri Qəzzənin cənubunda Xan Yunusu bombalayıblar. 

Eyni zamanda Livanın Əl-Minar telekanalı da bildirib ki, Qəzzə zolağının mərkəzində yerləşən Deyrül-Bəlh bölgəsi də sionist rejimin PUA-ları tərəfindən hədəfə alınıb. 

Hələlik bu hücumların ehtimal olunan insan tələfatı və maddi ziyanları barədə məlumat yayılmayıb. 

Sionist rejim Qəzzə zolağına qarşı elə bir şəraitdə hava hücumları həyata keçirir ki, bu bölgə ABŞ prezidenti Donald Trampın çərşənbə axşamı günü "Əsrin sövdələşməsi" adlı planı təqdim etməsindən sonra geniş etiraz aksiyalarının şahididir.