Yan 30, 2020 13:19 Asia/Baku
  • Əlcəzair və Tunisdən fələstinlilərə dəstək

Əlcəzair və Tunis amerikan "əsrin sövdələşməsi" planını rədd edərək, fələstinlilərin hüquqlarına və müstəqil Fələstin ölkəsinin təşkilinə dəstək veriblər.

Əlcəzair xarici işlər nazirliyi dünən bir açıqlamada bildirib ki, bu ölkə Fələstin xalqına olan daimi və şərtsiz dəstəyini davam etdirəcək.

Tunis parlamenti də bir açıqlamada "əsrin sövdələşməsi"ni rasistcəsinə və Fələstin xalqının hüquqlarını aşkar şəkildə pozan bir plan adlandırıb və onun icrasının dayandırılmasını istəyib.

Bütün fələstinli qruplar bu plana qarşı olduqlarını açıq şəkildə bəyan ediblər.

Teqlər