"Əsrin sövdələşməsi" uğursuzluğa məhkumdur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i356936-Əsrin_sövdələşməsi_uğursuzluğa_məhkumdur
İraq şiələrinin böyük təqlid mərcəyi Ayətullah Sistaninin nümayəndəsi amerikan "əsrin sövdələşməsi" planını pisləyərək, onu zalımcasına plan adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 31, 2020 15:38 Asia/Baku
  • "Əsrin sövdələşməsi" uğursuzluğa məhkumdur

İraq şiələrinin böyük təqlid mərcəyi Ayətullah Sistaninin nümayəndəsi amerikan "əsrin sövdələşməsi" planını pisləyərək, onu zalımcasına plan adlandırıb.

Əbdulməhdi Əlkərbəlayi Kərbəla şəhərinin cümə namazı xütbələrində bildirib ki, İraqın dini mərcəiyyəti öz qanuni hüquqlarını bərpa edə bilməsi üçün Fələstin xalqını himayə edir. O, əlavə edib: "Əsrin sövdələşməsi"ndə məqsəd, Fələstinin daha çox ərazisinin işğal olunmasına legitimliyin verilməsidir.

Ayətullah Sistaninin nümayəndəsi ərəb və islami ölkələrdən, habelə dünyanın bütün azadlıqsevərlərindən istəyibdir ki, Fələstin xalqına kömək etsinlər.