Fev 01, 2020 12:44 Asia/Baku
  • Ali-Xəlifə məhbəsində bir bəhreynli gənc həyatını itirib
    Ali-Xəlifə məhbəsində bir bəhreynli gənc həyatını itirib

Bir bəhreynli mübariz gənc Ali-Xəlifə rejimi hərbçilərinin işgəncələri və müalicədən məhrumolma üzündən bu rejim məhbəslərindən birində həyatını itirib.

Bəhreynli mübariz gənc Həmid Xatəm 2016-cı ilin iyul ayında Bəhreyn təhlükəsizlik qüvvələrinin Ali-Xəlifə rejimini tənqidetmə ittihamı ilə onun Əlsəmahiç bölgəsində yerləşən mənzilinə hücumunda həbs olunaraq, zindana məhkum olundu.

Bu bəhreynli gənc zindanda bir çox işgəncələrə dözdükdən, xərçəng xəstəliyinə tutulduqdan və müalicədən məhrum edildikdən sonra həyatını itirdi.

Bəhreyn Milli İslami Birlik cəmiyyəti dəfələrlə bu ölkədəki siyasi məhbusların nicatı üçün bütün beynəlxalq və hüquqi tərəflərin təcili addım atmalarını istəyibdir.

2011-ci ildə Bəhreyndə etirazların başlanmasından sonra bu ölkənin təqribən beş min vətəndaşı siyasi əqidəsini bəyan etdiyinə görə, həbs olunaraq, Bəhreyn məhbəslərinə atıldı.

Teqlər