Ərəb Liqasının baş katibi: " Heç vaxt Fələstini yalnız buraxmayacağıq"
https://azeri.sahartv.ir/news/qərbi_asia-i356970-Ərəb_liqasının_baş_katibi_heç_vaxt_fələstini_yalnız_buraxmayacağıq
Amerikan-sionist plan olan "əsrin sövdələşməsi" planının təqdim edilməsini qınayan Ərəb Dövlətləri Liqasının baş katibi Ərəb ölkələrinin heç vaxt Fələstini yalnız qoymayacaqlarını vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 01, 2020 10:23 Asia/Baku
  • Ərəb Liqasının baş katibi:
    Ərəb Liqasının baş katibi: " Heç vaxt Fələstini yalnız buraxmayacağıq"

Amerikan-sionist plan olan "əsrin sövdələşməsi" planının təqdim edilməsini qınayan Ərəb Dövlətləri Liqasının baş katibi Ərəb ölkələrinin heç vaxt Fələstini yalnız qoymayacaqlarını vurğulayıb.

İRNA-nın məlumatına görə, Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Abul Qeyt "əsrin sövdələşməsi" planının ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülməsinə münasibət bildirərkən bir bəyanatda deyib: "Bu plan ərəb ölkələri tərəfindən sərt və güclü reaksiyaya ehtiyaclıdır".

Baş katibin bəyanatında vurğulanır: Sionist rejim "əsrin sövdələşməsi" planından özünün keçmiş planları; o cümlədən, İordan Vadisi və İordan Çayının Qərb Sahilinin qəsəbələrini Fələstinin işğal olunmuş ərazilərinə ilhaq etmək və Fələstin xalqının amallarını məhv etmək üçün faydalanmaq istəyir.

Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas özünün Qahirəyə olan son səfərində Ərəb Dövlətləri Liqasını bu plan qarşısında vahid ərəb mövqeyi sərgiləməyə və bununla bağlı nazirlər səviyyəsində iclas keçirməyə çağırşb.