Əl-Həkim: " Qüds müsəlmanların mentalitetir"
İraqın Milli Hikmət Hərəkatının rəhbəri "əsrin sövdələşməsi" adlı irqçi planı qınayaraq bildirib ki, ABŞ prezidenti Qüdsün müsəlmanların mentalitetinin tərkib hissəsi olduğunu və heç vaxt ondan vaz keçməyəcəklərini bilməlidir.
İRNA-nın fevralın 1-nə olan məlumatına əsasən, Seyid Əmmar Əl-Həkim bir bəyanatda Qüdsün müsəlmanların insani, islami və ərəb bir məsələsi olduğunu deyərək, onun istənilən bəhanə ilə seçki kampaniyası vasitəsi və sövdələşmə obyekti olmadığını, eləcə də satılmasının mümkün olmadığını diqqətə çatdırıb.
Əl-Həkimin sözlərinə görə, mənfur "əsrin sövdələşməsi" planı dəyərsiz bir məhsuldur və Fələstin xalqı və dünya azadlıqsevərləri heç bir vəchlə onunla razılaşmayacaqlar.
İraqın Milli Hikmət Hərəkatının rəhbəri sözlərinin davamında, BMT Təhlükəsizlik Şurası, İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasını fələstinlilərin hüquqlarının bu cür kobud şəkildə pozulması qarşısında tarixi bir mövqe tutmağa çağırıb.
ABŞ prezidenti Donald Tramp yanvarın 28-də Ağ Evdə Sionist rejimin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi birgə mətbuat konfransında ABŞ-ın "əsrin Sövdələşməsi" adlı planını aşıqlayıb.
Qüdsün Sionist rejimin paytaxtı kimi tanınması, İordan Çayının Qərb Sahilinin 30 faizinin İsrailə ilhaq edilməsi, fələstinli qaçqınlara öz ölkələrinə geri qayıtmaq hüquqlarının tanınmaması və fələstinlilərin tərksilah edilməsi bu biabırçı planın müddəalarıdır.
Müxtəlif ölkələrin xalqları cümə günü yanvarın 31-də aksiyalar keçirərək, bu irqçi plana qarşı olduqlarını nümayiş etdiriblər.