Təl-Əvivdə yüzlərlə adam "Əsrin sövdələşməsi"-nə qarşı aksiya keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i357010-təl_Əvivdə_yüzlərlə_adam_Əsrin_sövdələşməsi_nə_qarşı_aksiya_keçirib
Xəbər mənbələri dünən gecə bildiriblər ki, Təl-Əvivin mərkəzində yüzlərlə adam Donald Trampın "Əsrin sövdələşməsi" adlı planına qarşı etiraz aksiyası keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 02, 2020 05:41 Asia/Baku
  • Təl-Əvivdə yüzlərlə adam
    Təl-Əvivdə yüzlərlə adam "Əsrin sövdələşməsi"-nə qarşı aksiya keçirib

Xəbər mənbələri dünən gecə bildiriblər ki, Təl-Əvivin mərkəzində yüzlərlə adam Donald Trampın "Əsrin sövdələşməsi" adlı planına qarşı etiraz aksiyası keçirib.

İRNA-nın verdiyi məlumata görə, Təl-Əvivdə keçirilən bu aksiyada partiyaların və hüquq mühafizə təşkilatlarının nümayəndələri də iştirak ediblər. 

Aksiyaçılar üzərində  ibri və ərəb dillərində " Başqa yol da var" , " Biz amerikan plan ilə razılaşmırıq" və " Sülhə hə, İordan çayının qərb sahilinin ilhaqına yox" şüarları yazılmış plakatlar daşıyaraq Trampın planına öz etirazlarını bildiriblər.